Pakistana təsir edən musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində son 24 saatda 28 nəfərin öldüyü, 90 nəfərin yaralandığı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Dawn" qəzetinin məlumatına görə, Pəncab Fəlakət İdarəetmə İdarəsinin sözçüsü Faruk Əhməd əyalətdə davam edən yağışlarla bağlı açıqlama verib.
Pəncabda son 24 saatda 28 nəfərin öldüyünü, 90 nəfərin isə yaralandığını bildirən Əhməd, dam və divarların çökməsi nəticəsində çoxlu sayda insanın öldüyünü qeyd edib. Faruk Əhməd, güclü yağış səbəbindən çayların daşması ilə bağlı xəbərdarlıq edib. Hər il iyul-sentyabr ayları arasında Pakistanın bir çox şəhərlərinə təsir edən musson yağışları ölkədə yüzlərlə insanın ölümünə və maddi itkilərə səbəb olur.
Bütün xəbərlər Facebook səhifəmizdə