ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sərt təhdidləri Kreml üçün əsl şok olub.
SİA-nın məlumatına görə, Dialoq.UA yazır ki, Rusiya hakimiyyəti şərh verməyə tələsdi, lakin vahid xətt hazırlaya bilmədi - Trampın ritorikası Moskvanı açıq-aşkar təəccübləndirdi.
Kremlin sözçüsü Dmitri Peskov Trampın bəyanatının Moskvanı sarsıtdığını ilk etiraf edib.
Onun sözlərinə görə, Amerika prezidentinin bəyanatları "çox ciddi" qəbul edilməlidir və Kreml onların "hərtərəfli təhlilini" aparacaq.
...Şübhəsiz ki, Vaşinqtonda deyilənləri təhlil etmək üçün vaxta ehtiyacımız var. Əgər prezident Putin bunu lazım bilsə, o, mütləq buna münasibət bildirəcək.
Peskov Trampın bəzi təhdidlərinin şəxsən Putinə ünvanlandığını gizlətməyərək vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyi panikadadır
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi Lavrovun çox da nüfuzlu olmayan nazir müavini Sergey Ryabkovu ön plana çıxarıb.
O, hədələyici səslənməyə çalışdı, lakin onun ritorikası ekspertləri heyrətləndirmədi: “Rusiya heç bir tələb irəli sürmək cəhdlərini, xüsusən də ultimatumları qəbul etmir” deyən Ryabkov əlavə edib ki, ABŞ və NATO Moskvanın mövqeyini “son dərəcə ciddi” qəbul etməsələr, Ukraynaya qarşı müharibə davam edəcək.
Bu fonda aqressiv bəyanatları ilə tanınan Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev qəfildən “biganə müşahidəçi” rolunu oynamaq qərarına gəlib.
O, Trampın hədələrini Rusiyanın guya “biganə qaldığı” “teatr ultimatumu” adlandırıb.
Moskva nə edəcəyini bilmir Belə görünür ki, Rusiya rəhbərliyinin hələ Trampın ultimatumuna cavab olaraq vahid strategiyası, hətta koordinasiyalı ritorikası yoxdur.
Bəziləri hədələyici bəyanatlar verir, bəziləri “analiz üçün” vaxt istəyir, bəziləri hədələri ələ salmağa çalışır. Lakin analitiklər deyirlər ki, Vaşinqtonun yeni sərt mövqeyi və Putinə şəxsi xəbərdarlıqları ehtiyatlı danışıqlara öyrəşmiş Kreml üçün soyuq duş kimi olub.
Güclü mövqedən çıxış edən ABŞ prezidenti Rusiya elitasını narahat edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə