"Putin özünü çıxılmaz vəziyyətdə tapdı"
...Avropa İttifaqı (Aİ) və Amerika Birləşmiş Ştatları (ABŞ) bir araya gələrək, Rusiya diktatoru Vladimir Putini reallığı etiraf etməyə məcbur edib.
SİA-nın məlumatına görə, “The Guardian” bu barədə Fransanın Avropa və Xarici İşlər naziri Jan-Noel Barroya istinadən yazır.
Jurnalistlərə danışan Barro ümid etdiyini bildirib ki, Vaşinqtonun yeni ritorikası və Avropa İttifaqının əlavə sanksiyaları Putini “reallığı etiraf etməyə vadar edəcək: o, çox uzağa gedib və indi çıxılmaz vəziyyətdədir”.
O, həmçinin Avropa İttifaqı liderlərini Trampın dünənki “Putinə çox güclü təzyiq göstərmək” hədələrindən sonra təcil saxlamaq üçün bu gün Avropa İttifaqının 18-ci sanksiya paketini dəstəkləməyə çağırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə