...2025-ci ilin yanvar-iyun aylarının nəticələrinə görə, Rusiyada yerli istehsal edilmiş minik avtomobillərinin və yüngül kommersiya avtomobillərinin dövlət alışının həcmi 20,7 milyard rubl təşkil edib, bu, 2024-cü ilin yekunları ilə müqayisədə 15 faiz azalıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Vedomosti” qəzeti Tender planına istinadən xəbər verir.
Dövlət satınalmalarının həcminə görə ilk 3 avtomobil:
GAZ - 10,3 milyard rubla avtomobil aldı,
Lada- 4,3 milyard rubl,
UAZ - 2,3 milyard rubl.
“Haval” (1,8 milyard rubl) və “Moskviç” (714,2 milyon rubl) avtomobillərinin dövlət alışlarının həcmi də böyük olub.
İlk dəfə olaraq, “Aurus” açıq məlumatlarda görünür - qiyməti 54,2 milyon rubl olan avtomobil Rusiya hökumətinin Xabarovsk ərazisi nümayəndəliyi tərəfindən alınıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə