El Pais: Zelenski çıxışlarında Trampa təşəkkür etməyə başlayıb...

Ukrayna prezidenti Vladimir Zelenski və onun administrasiyası Amerika lideri Donald Trampa ictimai minnətdarlıq ifadələrini nəzərəçarpacaq dərəcədə artırıb.

SİA-nın məlumatına görə, İspaniyanın “El Pais” qəzeti bunu Kiyevin ABŞ-dan hərbi yardımın dayandırılması ilə bağlı artan narahatlığı ilə əlaqələndirir.

...Həm Zelenski, həm də administrasiya rəhbəri Andrey Yermak Trampa təriflər yağdırıb, dəfələrlə minnətdarlıqlarını bildirib: “Kiyevdən gələn hər bir ictimai mesajda Trampa təşəkkür sözləri var”.

Bunu “El Pais” qeyd edir.

Nəşr belə bir taktikanın Amerikanın gələcək dəstəyinə dair artan qeyri-müəyyənlik kontekstində Vaşinqtonla əlaqələri gücləndirməyə yönəlmiş Ukrayna rəhbərliyinin düşünülmüş strategiyasının bir hissəsi ola biləcəyini təklif edir.

Qəzet vurğulayır ki, Rusiya ilə davam edən münaqişə kontekstində ABŞ-ın yardımı Ukrayna üçün getdikcə əhəmiyyət kəsb edir, buna görə də Kiyev amerikalı tərəfdaşlarına minnətdarlığını və sədaqətini nümayiş etdirməyə çalışır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə