25 gündür görünməyən Əli Xamneyinin yeri məlum olub

İranın ali lideri Əli Xamneyinin 25 gündür ictimaiyyət qarşısına çıxmaması "onun səhhəti, olduğu yer və İslam Respublikasının sabitliyi ilə bağlı geniş yayılmış fərziyyələrə" səbəb olub.
SİA-xəbər verir ki, bu barədə Britaniyanın “Iranwire” nəşri məlumat yayıb.

İran hakimiyyətini “rejim” adlandıran nəşr iyulun 4-də yazıb ki, Xamneyi iyunun 13-dən, İsrailin İran ərazisinə hücuma başladığı gündən bəri ictimaiyyət qarşısına çıxmayıb.

Bu müddət ərzində onunla üç video yayımlanıb.

...Onların heç biri onun hazırkı yeri və ya səhhəti ilə bağlı heç bir inandırıcı sübut təqdim etmir. Xüsusilə üçüncü video onun tərəfdarları arasında arxayınlıqdan daha çox narahatlığa səbəb olub, bəzi sosial media istifadəçilərini onun sağalması üçün dua etməyə sövq edib.

Bunu Britaniya nəşri qeyd edir.

Ali Məqamlı Rəhbərin ictimaiyyətdən uzaqlaşması yeni hadisə deyil: keçmişdə onun mühüm mərasimlərdə görünmədiyi dövrlər də olub.

Lakin bu dəfə “Xamneyinin yoxa çıxması” sosial şəbəkələrdə və mətbuatda bir sıra nəzəriyyələrin yaranmasına səbəb olub. Bəzi analitiklər onun Tehrandakı gizli bunkerə köçürüldüyünü ehtimal edirlər.

İran hökumətinin əleyhdarları onun “ölkədən qaçması” barədə şayiələr yayırlar. İyun ayında Xamneyinin ofisinin əməkdaşı Mehdi Fəzaeli televiziyaya müsahibə verib və ondan Ali Rəhbərin səhhəti ilə bağlı sual verilib.

Fəzaeli "yaxşıdır" cavabını verib və əlavə edib: "Biz dua etməliyik. Allahın köməyi ilə xalq qələbəni Ali Rəhbərlə birlikdə qeyd edəcək".

ABŞ və Almaniya mətbuatında “yoxa çıxan Xamneyi” ilə bağlı tənqidi materiallar da dərc olunub.

Xüsusilə də “The New York Times” iyunun 25-də analoji material dərc edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə