...Qırğızıstan prezidenti Sadır Japarov rus dilindən imtinanı təklif edən bəzi siyasətçilərin mövqeyini tənqid edib. Dövlət başçısı əmindir ki, qırğız xalqının rus dilinə ehtiyacı var.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Qırğızıstan prezidenti Sadır Japarov ölkədə rus dili ilə bağlı mövqeyini bildirib. O, bəzi siyasətçilərin ölkədə dildən imtina etmək istəyini tənqid edib.
Qırğızıstanın “Kabar” dövlət xəbər agentliyinə müsahibəsində Japarov bildirib ki, yerli əhalinin rus dilinə ehtiyacı var. ...Özbəkistana, Tacikistana getsəniz, rus dili olmadan orada ünsiyyət qura bilməyəcəksiniz. Başqa MDB ölkələrini demirəm. Avropa ölkələrinə, Amerikaya, Çinə səyahət edirsinizsə, o zaman rus tərcüməçilərindən istifadə edirsiniz.
Eyni zamanda, Japarov vurğulayıb ki, Qırğızıstan rus və ingilis dillərindən əl çəkmədən öz dilini inkişaf etdirməlidir. Xatırladaq ki, Qırğızıstanda dövlət dili qırğız dilidir, rus dili isə ölkənin əsas qanununda təsbit olunmuş rəsmi statusa malikdir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə