Fransada antimüsəlman hərəkətlər artıb

Fransada müsəlmanlara qarşı yönəlmiş hərəkətlər artmaqdadır. 2025-ci ilin yanvar-may ayları ərzində belə addımların sayı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 75 faiz çoxalıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Vurğulanıb ki, bu ilin ilk beş ayında müsəlmanlara qarşı 145 akt qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə bu göstərici 83 olub. Müsəlmanlara qarşı həyata keçirilən aktların 99-u hücum xarakterli olub. Ötən ilin müvafiq dövründə isə bu göstərici 32-ni keçməyib.

Nazirlik, həmçinin qeyd edib ki, Fransada antisemitizm yüksək səviyyədə qalır. Ölkədə yanvar-may aylarında 504 antisemitizm aktı qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə