Televiziya ulduzu həyatın çətinliklərindən danışıb və...

Britaniyanın "Race Around the World" realiti-şousunun ulduzu Yin verilişin epizodlarından birində dözdüyü çətinliklərdən danışarkən göz yaşlarına boğulub.

SİA-nın məlumatına görə, Metro nəşri buna diqqət çəkib.

Yin ənənəvi Çin ailəsində böyüməsinə baxmayaraq, milli kimliyini müəyyənləşdirməkdə çətinlik çəkdiyini bildirib. O, hekayəsini danışarkən göz yaşlarını saxlaya bilməyib. ...Yetişdiyim çətinliklərdən bəziləri bir az özünəməxsus idi ki, mən çinliyəm, lakin çin dilini bilmirəm.

Və Çin irsimlə bağlı çətinliklərim var idi

Bunu deyən Yin həmçinin qeyd edib ki, verilişdə iştirak etmək ona ailəsi ilə əlaqə yaratmağa və köhnə problemlər üzərində dayanmamağa kömək edib.

Bundan əvvəl xəbər verilmişdi ki, “Bu səhər” tok-şousunun ulduzu və britaniyalı teleaparıcı Eva Speakman İkinci Dünya Müharibəsi illərində babası Corcun saxlandığı keçmiş nasist həbs düşərgəsi Auşvits-Birkenauya səfəri zamanı göz yaşlarına boğulub.

Konslager məhbuslarına məxsus əşyalar teleaparıcıya təsir edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə