...Hindistanın paytaxtı Dehlidən İndoneziyanın Bali adasına uçan “Air İndia” aviaşirkətinə məxsus təyyarə təyinat yerinə yaxın ərazidə püskürən vulkandan sonra havada dönüb və istiqamətini dəyişib.
SİA xəbər verir ki, bu barədə “Mint” portalı məlumat yayıb. Hadisənin çərşənbə günü, iyunun 18-də baş verdiyi bildirilir. Mənbənin sözlərinə görə, təyyarə “təhlükəsizlik naminə” uçuş hava limanına qayıtmalı olub.
Təyyarə sağ-salamat Dehlidə eniş edib və sərnişinlər mehmanxana ilə təmin olunub.
Turistlərin məşhur Flores adasında təbii fəlakət çərşənbə axşamı, iyunun 17-də baş verib.
Levotobi Laki-Laki vulkanı 11 kilometr hündürlükdə parlaq narıncı kül sütununu atıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə