...“Dodo Pizza” pitseriya şəbəkəsi və Drinkit qəhvəxanalarının holdinq şirkəti Dodo Brands Britaniyanın Virgin adalarından Qazaxıstana, Astana Beynəlxalq Maliyyə Mərkəzinə (AIFC) redomisiliasiyasını başa çatdırıb.
SİA xəbər verir ki, bu barədə AIFC-nin mətbuat xidməti məlumat yayıb.
Departamentdən verilən məlumata görə, şirkət hüquqi şəxs statusunu saxladığı halda, köçürmə prosesi iyunun 12-də başa çatıb.
Dodo Brands-ın baş direktoru Dmitri Solovyov izah edib ki, şirkət üçün artıq real əməliyyat fəaliyyətinə malik olduğu yurisdiksiyanı seçmək vacibdir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə