Ukraynanın kolumbiyalı muzdlusu Rusiyada cəzalandırılıb...

...Kolumbiya vətəndaşı Pablo Puentes Boorges Ukrayna Silahlı Qüvvələrinin tərkibində Kursk vilayətinin ərazisini zəbt etməkdə təqsirli bilinib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, region məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

TASS xəbər verir ki, Qərb Dairəsinin 2-ci Hərbi Məhkəməsi onu 28 il müddətinə azadlıqdan məhrum edib, onun ilk 5 ilini həbsdə, qalan 23 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

O, həmçinin 1 milyon rubl cərimə olunub.

...Aprel ayında DXR-in Ali Məhkəməsi 33 yaşlı Kolumbiya vətəndaşı Anxel Montilla Kardenası Ukrayna Silahlı Qüvvələrində muzdluluq işi üzrə ciddi rejimli cəzaçəkmə müəssisəsində 9 il müddətinə azadlıqdan məhrum edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə