Kanada Ukraynaya 25 milyon dollarlıq hərbi yardım göstərəcək...

Kanada Milli Müdafiə Departamenti Ukraynaya 25 milyon dollardan çox hərbi yardım ayırdığını açıqlayıb.

SİA-nın məlumatına görə, bu barədə Kanada hökumətinin saytında bildirilir.

Ayrılan vəsaitin ümumi məbləği 25,6 milyon dollar təşkil edib ki, bunun da 21,9 milyon dolları Coyote və Bison zirehli transportyorlarının alınmasına sərf olunacaq.

Qalan vəsait elektron müharibə sahəsinə müdaxilədən müdafiə sistemlərinin təmin edilməsinə yönəldiləcək.

Bundan əvvəl NATO ABŞ-ın Ukraynaya hərbi yardımı dayandıracağına şübhə etdiyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə