Çinli mütəxəssislər Şandunq əyalətində, Riçjao şəhəri yaxınlığında böyük isti quru süxur yatağı aşkar ediblər. Bir neçə kilometr dərinlikdə olan qayanın temperaturu 200 dərəcə Selsiyə çatır ki, bu da ucuz elektrik enerjisi istehsalı üçün əla perspektivlər açır.
SİA xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, yatağın potensial enerjisi təxminən 19 milyard ton kömürə bərabərdir.
Geotermal resursların istifadəsi Çini 4000 il enerji ilə təmin edə bilər və onlardan əldə edilən elektrik enerjisi külək enerjisindən yarı, günəş enerjisindən isə 90 faiz ucuz başa gələcək.
Yatağın işlənməsi layihəsi qabaqcıl qazma texnologiyaları və süni intellektdən istifadə etməklə həyata keçirilir.
Çin uzun müddətdir ki, enerji sektorunda patent müraciətlərinin sayına görə ABŞ və Avropanı geridə qoyaraq liderdir.
Amerika tərəfi Çin layihəsində maraqlı idi və ABŞ elmi və texnoloji əməkdaşlığa əvvəlki maneələrə baxmayaraq, isti quru süxur yataqlarının birgə tədqiqatlarında maraqlı olduğunu bildirdi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə