Lukaşenkoya irad bildirməklə deyil ey...

25 il ərzində Belarusiyada uşaqların sayı dörddə birdən çox azalıb

...O gün Lukaşenko Belarus gənclərinə niyə evlənməmələri ilə bağlı irad bildirəndə, onlar min cür bəhanə gətirib, az qalmışdılar ki, prezidenti...bizlik deyil...

Amma deyim ki, kişi düz deyirmiş də...

...Budur, ötən gün “Pozirki” tərəfindən aparılan Milli Statistika Komitəsinin məlumatlarının təhlilinə əsasən, 2025-ci il yanvarın 1-nə Belarusda 1 milyon 764 min 309 uşaq yaşayır ki, bu da 2000-ci ilin əvvəli ilə müqayisədə (2 391 869) 26,2 faiz azdır.

...Ən pis dinamika Vitebsk vilayətində qeydə alınıb - 39,8 faiz azalma (313 095-dən 188 613-ə qədər).

Sonrakı yerdə Mogilev bölgəsi – 35 faiz (287,404-dən 186,714-ə), Qrodno - 30,4 faiz (285,521-dən 198,774-ə), Qomel - 28,9 faiz (374,056-dan 266,023-ə qədər), 27-27 faiz, Brest - 277 778-ə), Minsk - 23,5 faiz (373 188-dən 285 391-ə), Minsk – 6 faiz (383 883-dən 361 016-ya).

Göstərilən dövrdə Belarusun əhalisi 8,9 faiz azalıb (10 002 535 nəfərdən 9 109 280 nəfərə qədər).

Əhalidə uşaqların xüsusi çəkisi dörddəbir əsrdə 4,5 faiz bəndi azalıb (23,9 faizdən 19,4 faizə).

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə