Rusiya yeni vergi artımlarını müzakirə etməyə başlayır..?

Rusiya bu il neft və qaz gəlirlərinin ikirəqəmli azalması ilə üzləşib..?

...Rusiya Dövlət Dumasının deputatları bu il neft və qaz gəlirlərində ikirəqəmli azalma müşahidə olunan federal xəzinəni doldurmaq üçün vergi artımı ssenarilərini yenidən müzakirə edirlər..?

Dövlət Dumasının Büdcə Komitəsinin mayın 26-da keçirilən iclasında banklar, eləcə də neft şirkətləri üçün vergilərin artırılması ilə bağlı təkliflər irəli sürülüb.

SİA-nın məlumatına görə, bunu komitə sədri Andrey Makarov “İnterfaks”a bildirib.

Makarovun fikrincə, hər iki ideya real deyil.

Neft şirkətləri sanksiyalar altında olduqları üçün artıq ödəyə bilmirlər, o, belə izah edib ki, “...indi biz hasil etdiyimiz nefti satmaq üçün bütün şirkətlərimizin, ölkənin üzləşdiyi problemləri görürük”.

Banklara gəlincə, onlar da Qərbin qadağalarının hədəfinə çevriliblər, bütün ölkə iqtisadiyyatının təhlükəsizliyi onların sabitliyindən asılıdır.

Bunu da deputat deyib.

Bununla belə, Makarov etiraf edib ki, hətta azaldılmış gəlir planı ilə yenilənmiş büdcə proqnozları indi “həddindən artıq optimist” görünür.

...Maliyyə Nazirliyi ilin sonuna kimi xəzinədarlığın neft və qazdan 8,3 trilyon rubl - planlaşdırılandan 2,6 trilyon rubl az vergi toplayacağını gözləyir.

Ümumi gəlirlər ilkin plandan 1,8 trilyon rubl (40,3 trilyon əvəzinə 38,5 trilyon rubl) azalacaq və kəsir pandemiyadan bəri rekord olacaq - 3,8 trilyon rubl.

2022-2024-cü illərdə Sovet dövründən bəri rekordlar qıran hərbi büdcəni doldurmağa görə, Rusiya hökuməti artıq neft və qaz üçün faydalı qazıntıların hasilatı vergisini artırıb, iri biznes üçün “artıq mənfəət vergisi” eləcə də məzənnə rüsumlarını tətbiq edib.

2025-ci ildə onilliklərin ən böyük vergi islahatı başlayıb: gəlir vergisi artırılıb, fərdi gəlir vergisinin diferensiallaşdırılmış şkalası tətbiq edilib, rüsumlar və aksizlər, o cümlədən yanacağa görə artırılıb.

Maliyyə Nazirliyinin hesablamalarına görə, bu, bu il büdcəyə 3,6 trilyon rubl, 6 il ərzində isə təxminən 15 trilyon rubl gətirəcək.

Buna baxmayaraq, gələn il qeyri-neft vergilərində yeni artım ehtimalı artır,.

Astra Asset Management-in investisiya direktoru Dmitri Polevoy belə düşünür.

...Neftin qiyməti büdcə üçün başağrısına çevrilir: Uralın bir barreli hökumətin gözlədiyi 70 dollar əvəzinə 52-54 dollara başa gəlir, büdcədə 96,5 rubl nəzərdə tutulsa da, dolların məzənnəsi 80 rubldan aşağı düşüb.

Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-aprel aylarında xəzinədarlığa neft və qaz gəlirləri illik müqayisədə 10 faiz azalıb, mayda isə azalma sürətlənərək 33 faizə çatıb.

Pul tapmaq məsələsi çox güman ki, 2026-2027-ci illərdə, Vladimir Putinin beşinci müddətinə daxil olduğu yeni “milli layihələrin” pulunu ödəmək vaxtı gələndə daha da kəskinləşəcək.

Fakt budur ki, onların maliyyələşdirilməsi böyük ölçüdə 2028-2030-cu ilə köçürülüb.

...VEB-in (...sovetlər vaxtında "Vneşekonombank" idi -A.B.) baş iqtisadçısı Andrey Klepaç daha əvvəl qeyd edi ki, “...Biz fürsətlər axtarmalı olacağıq, əks halda hədəf parametrlər risk altında olacaq”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə