...Moskvada keçirilən Qələbə Paradında rusiyalı teleaparıcı Vladimir Solovyov fransız jurnalistlə mübahisə edib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.
Solovyov jurnalistə deyib ki, avropalılar, onun fikrincə, rusların sevgisinə layiq deyillər.
O, müxbirə "Sevgiyə layiq deyilsənsə, qorxuya layiqsən" deyib.
Cavabında fransız jurnalist Solovyovdan Avropa xalqına nə çatdıra biləcəyini soruşub.
Buna cavab olaraq teleaparıcı avropalıları oyanmağa, azad olmağa və öz taleyini yaşamağa çağırıb.
Bundan əvvəl məlum olub ki, Moskvada keçirilən yubiley Qələbə Paradında Rusiya prezidenti Vladimir Putinin sinif rəhbəri Vera Qureviç də iştirak edib.
91 yaşlı müəllim Leninqradın 193 saylı məktəbində beşinci sinifdən səkkizinci sinfə kimi Putinin sinif rəhbəri olub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə