Rusiya hərbçiləri Kursk meşələrində ukraynalı döyüşçüləri axtarırlar...

...Rusiya Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətinin meşələrində 200-ə yaxın ukraynalı əsgəri axtarır.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

...Hərbçilər on gündən artıqdır ki, meşələrdə heç bir əlaqə və ya tərk etmək imkanı olmadan oturublar. İlkin hesablamalara görə, sərhəd yaxınlığında Quevo və Oleşnya da daxil olmaqla 200-ə yaxın düşmən yerləşə bilər.

Bunu ruslar iddia edirlər.

Rusiya qoşunları gecə-gündüz kəşfiyyat aparır və Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin yerini, hərəkətlərini izləyirlər?..

Mash-ın məlumatına görə, 60-a yaxın ukraynalı diversant Guevo qəsəbəsi yaxınlığında sursat və təchizat olmadan yoxa çıxıb.

Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin qalan əsgərləri Kursk vilayətində “çatlarda və zirzəmilərdə” oturublar və komandanlığın təxliyəsini xahiş edirlər.

...Aprelin 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov dövlət başçısına Kursk vilayətinin Ukrayna qoşunlarından azad edilməsi əməliyyatının başa çatması barədə məlumat verib.

Öz növbəsində Putin əmin olduğunu bildirib ki, bunun sayəsində Rusiya qoşunları indi cəbhənin digər sahələrində də uğurla fəaliyyət göstərmək imkanı əldə ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə