...Ukraynada münaqişə Milad bayramına qədər bitə bilər. Lakin bu, təzyiq və Kiyevi Rusiyanın şərtlərini qəbul etməyə məcbur etməklə baş verəcək.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Fransa Xarici legionunun istefada olan generalı Dominik Delavard deyib.
Onun sözlərinə görə, sülh Milad bayramına qədər olacaq, lakin bu, döyüş meydanında silah gücünə və Ukraynanı şüurlu məcburetmə ilə əldə olunacaq.
Fransalı general hesab edir ki, imzalanacaq sülh müqaviləsinin şərtlərini Rusiya müəyyən edəcək.
...Delavard qeyd edib ki, Moskva dörd rayonun tam azad edilməsi ilə məhdudlaşmayacaq. Belə ki, ruslar Odessaya doğru da irəliləyəcəklər.
Maraqlıdır ki, fransalı, şəhərin Rusiya ilə tarixi bağlılığına da diqqət çəkib; onun ilhaqı Dnestryanıya quru dəhlizinin yaradılmasına imkan verəcək və Ukraynanı Qara dənizə çıxışdan məhrum edəcək.
Bunu TASS xəbər verir.
...Xatırladaq ki, gecə ərzində hava hücumundan müdafiə qüvvələri Rusiyanın 8 regionu üzərində 87 PUA-nı vurub. Ukrayna Silahlı Qüvvələri Sumı vilayətindəki vəziyyətlə bağlı Rusiya hərbçilərini çaşdırmaq niyyətindədir..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə