Zelenskinin ABŞ-a gedən nümayəndə heyətinə göstərişi məlum olub

Vladimir Zelenski ABŞ-la yerin təki sazişi ilə bağlı danışıqlara gedən nümayəndə heyətinə bir sıra göstərişlər verib.

SİA xəbər verir ki, bu barədə RİA Novosti mənbələrə istinadən məlumat yayıb.

…Bir gün əvvəl Qərb mediası resurs sövdələşməsinə dair danışıqlar üçün Vaşinqtona səfər edəcək Ukrayna nümayəndə heyətinin səfərinin aprelin 11-dən 12-dək baş tutacağını yazmışdı.

Nümayəndə heyətinə Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko, iqtisadiyyat nazirinin müavini Taras Kaçka, ədliyyə nazirinin Avropa inteqrasiyası üzrə müavini Lyudmyla Suqak və energetika nazirinin müavini Nikolay Kolesnik daxildir.

…Danışıqlar qrupunun Zelenskinin qapalı iclasda verdiyi göstərişləri var: töhfələrin bərabər şəkildə bölüşdürülməsi, Amerika istehsal texnologiyalarının cəlb edilməsi, Amerika şirkətləri üçün təkcə pul qazanmaq imkanları deyil, həm də ukraynalılar üçün iş yerlərinin yaradılması…

Bunu mənbə yazıb.

Xatırladaq ki, “mineral sövdələşməsi” üzrə danışıqlar 2025-ci ilin fevralında başlayıb.

Ekspertlərin fikrincə, Ukrayna tərəfi sazişin bütün ilkin versiyalarını rədd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə