Onlarla miqrant Polşaya Belarusla sərhəddəki hasardan keçib…

…Polşanın daxili işlər və administrasiya nazirinin mətbuat katibi Yaçek Dobrzinski ötən gün, son vaxtlar Belarusdan Polşaya daxil olmağa çalışan qeyri-qanuni miqrantların sayının artdığını bildirib.

…Dünən (aprelnn- 5-də-A.B.) 22 nəfərlik qrup texniki maneəni zədələyərək Polşaya daxil olub. Yeni olan odur ki, 5 nəfər Belarus tərəfdə qalıb və Polşa patrullarına daş ataraq, eyni zamanda sərhədin qanunsuz keçməsini lentə alıblar. Mümkündür ki, Belarus təbliğatının aparılması və dövlətin bu prosesin təşkilatçıları tərəfindən asanlıqla bizim sərhədi keçməkdən istifadə etməsi mümkündür.

SİA-nın məlumatına görə, bunu polşalı səlahiyyətli sosial şəbəkədəki səhifəsində yazıb.

…Lakin reallıqda videomüşahidə görüntülərindən də göründüyü kimi sərhədi qanunsuz keçmə cəhdlərinin qarşısı tez və effektiv şəkildə alınır. Keçid yoxdur. Polşa sərhədi keçilməzdir. Minlərlə əsgər, sərhədçi və polis, kameralar və pilotsuz uçuş aparatları sutkanın hər metrini 24 saat qoruyur.

Bunu da Dobrzinski bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə