ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) 7,3 bal gücündə zəlzələdən sonra Tonqa Krallığı sahillərində sunami təhlükəsi barədə xəbərdarlıq edib.
SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yeraltı təkanların maqnitudasını 7,1 bal qiymətləndirib.
Onun sözlərinə görə, hadisənin episentri təxminən 1700 nəfərin yaşadığı Panqay şəhərindən 10 kilometr dərinlikdə və 76 kilometr cənub-şərqdə olub.
Tonqa Okeaniyanın mindən çox adadan ibarət subregionu olan Polineziyada yerləşir.
1970-ci ildə müstəqillik əldə edən ölkənin əhalisi 100 min nəfərdən bir qədər çoxdur. Tonqa ümumi sahəsi 718 kvadrat kilometr olan 172 adadan ibarətdir.
Krallığı Tupou sülaləsindən olan konstitusiya monarxı idarə edir. Bazar günü səhər saatlarında məlum olub ki, əvvəlki iki gündə yeraltı təkanlar yaşayan Myanmada ən çətin vəziyyət indi Mandalay şəhərindədir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə