Kəndin yaxınlığında başında güllə dəliyi olan pələng tapılıb

Ovçuluq müfəttişləri Primorsk diyarında kənd yaxınlığındakı yolun yaxınlığındakı xəndəkdə başından güllə ilə vurulmuş Amur pələnginin cəsədini aşkar ediblər.

SİA-nın məlumatına görə, bu barədə Amur Mash xəbər verir.

Nəsli kəsilməkdə olan yırtıcı heyvanın cəsədi Dalnereçensk-Roşçino-Vostok avtomobil yolunun Vostok kəndindən 10 kilometr aralıda tapılıb.

Hazırda mütəxəssislər heyvanın cəsədini müayinə edirlər. Pələngin öldürülməsində iştirak edənlərin axtarışı davam etdirilir.

Bundan əvvəl İndoneziyada pələng plantasiya işçisini parçalayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə