...Belarusun Antiinhisar İdarəsi etiraf edib ki, pərakəndə ticarət dövriyyəsində yerli istehsal olunmuş malların satışının payı uzun illər ardıcıl olaraq azalır.
SİA Belarus saytlarına istinadən xəbər verir ki,bu barədə “Euroradio” məlumat yayıb.
Deməli, ölkədə istehsal olunmuş yerli malların azalma satışı 2024-cü ildə 56,4 faiz təşkil etdiyi halda, 2015-ci ildə bu göstərici 69 faizi ötüb.
…Qida seqmentində bu müddət ərzində Belarus məhsullarının payı ümumi satışın 82,2 faizdən 76,3 faizə qədər azalıb.
Qeyri-ərzaq məhsulları üzrə isə 51,1 faizdən 37,3 faizə qədərdir.
Qeyd edək ki, Belarusun Sosial-İqtisadi İnkişaf Proqramı 2025-ci ilədək Belarus mallarının pərakəndə satışda payının 63 faizə, o cümlədən ərzaq məhsullarının 85 faizə qədər artırılmasını nəzərdə tuturdu.
Bir müddət əvvəl Minsk Şəhər İcraiyyə Komitəsinin rəsmisi Nadejda Lazareviç Minsk mağazalarında Belarus mallarının payının azalmasından şikayətlənib.
…2024-cü ildə isə 0,9 faiz bəndi azalıb.
Ən əhəmiyyətli azalma un və şəkər məhsullarında, makaron və dənli məhsullarda müşahidə olunub.
Uşaq qidasında Belarus məhsullarının payı 6 faiz azalıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə