Keşiş əhalini artırmaq üçün mini yubka geyinməyi axmaqlıq sayır...

...Bunlar hələ də rus deputatın “quyuya atdığı daşı” çıxarmağa çalışırlar..?

Gərək ki, yadınızda olar, SİA-nın ötən nömrələrindən birində xəbər verdiyi kimi, Tarusa Şəhər Şurasının deputatı Yevgeni Rudenko “demoqrafiyanı artırmaq” üçün mini yubka geyinməyi təklif etmişdi.

Budur, bu təklif çoxlu mübahisə və tənqidlərə səbəb olmaqdadır.

Və hətta Moskva Patriarxlığı da bu bəyanatı “qıcıq” adlandıraraq, açıq-saçıq geyimlərin demoqrafik problemlər və ənənəvi dəyərlərlə heç bir əlaqəsi olmadığını vurğulayır.

Tənqidlərə cavab olaraq Rudenko bildirib ki, onun öz fikrini bildirmək hüququ var. Onun fikrincə, mini yubka seçən qızlar daha çox gənc kişilərə rast gəlir ki, bu da ailə həyatı qurmağa və uşaq sahibi olmağa səbəb olur.

Deputat əlavə edib ki, gənclik illərində mini yubka geyinib sonra çoxuşaqlı ana olmuş qadınları şəxsən tanıyır.

Bu arada rusların “Radio 1”-i xəbər verir ki, Mitred proto-repost Andrey Tkaçev da öz növbəsində narazılığını bildirib. Və deputatın bəyanatını “axmaqlıq” adlandıran keşiş vəziyyəti daha ətraflı şərh etməkdən imtina edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə