...Martın 20-də Rusiya prezidenti Vladimir Putin Donbass və Novorossiyada olan əcnəbi vətəndaşların iyunun 10-dək tibbi müayinədən keçməsini tələb edən fərman imzalayıb. Testin məqsədi İİV infeksiyasının və narkomaniyanın olmadığını təsdiqləməkdir.
SİA xəbər verir ki, fərmana əsasən, tələb sənəd qüvvəyə minməzdən əvvəl göstərilən bölgələrə gələn Rusiya vətəndaşlığı olmayan bütün şəxslərə şamil edilir.
Onlar yerli Daxili İşlər Nazirliyinə narkotik vasitələrdən istifadənin olmamasını təsdiq edən tibbi arayış və HİV-in olmadığını təsdiq edən arayış təqdim etməlidirlər. Əcnəbilərdən HİV-in olmaması haqqında arayışla yanaşı, vərəm, sifilis və cüzam kimi təhlükəli yoluxucu xəstəliklərin olmadığını təsdiq edən sənədlər də tələb olunur.
Fərman Donbass və Novorossiyada işləmək üçün iş icazəsi və ya patent almadan məcburi tibbi müayinədən keçməyi müəyyən edir. Əvvəllər işə düzəlmək üçün barmaq izindən keçmək kifayət edirdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə