Serbiya parlamentinin üzvləri ölkənin baş naziri Miloş Vuçeviçin istefasını təsdiqləyib.
SİA xəbər verir ki, bu barədə Serbiyanın Radio Televiziyası məlumat yayıb.
…Serbiya parlamenti Konstitusiyanın 132-ci maddəsinə uyğun olaraq baş nazirin istefasını qəbul edib və bununla da Miloş Vuçeviç hökumətinin səlahiyyət müddəti rəsmən başa çatıb. Yeni hökumətin formalaşdırılması üçün son tarix sabah, martın 20-də başlayır.
Bunu parlamentin spikeri Ana Brnabiç qeyd edib.
Qeyd olunur ki, Serbiyada yeni hökumət aprelin 18-dək formalaşmalıdır. Əks halda, dövlət başçısı parlamenti buraxmalı və bu tarixdən 45-60 gün ərzində keçirilməli olan növbədənkənar seçkilər təyin etməli olacaq.
Vuçeviç 2022-ci ilə qədər Novi Sad şəhərinin meri vəzifəsində çalışıb. Məhz onun mer olduğu dövrdə şəhərin əsas dəmir yolu vağzalında yenidənqurma işləri aparılıb, burada beton örtünün uçması baş verib və bu, hökumət əleyhinə kütləvi etirazlara səbəb olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə