Putinlə görüşdə rus qadın ukraynalı qızı necə qaçırdığını danışıb...

Xerson bölgəsinə səfər zamanı...

...Rusiya lideri Putinlə “Vətən müdafiəçiləri” təşkilatının nümayəndələri arasında keçirilən görüşdə iştirakçılardan biri ukraynalı uşağı oğurlamasından açıq şəkildə danışıb.

SİA-nın məlumatına görə, Bild yazır ki, Ukraynaya qarşı müharibədə oğlunu itirən Olqa Doroxina Xerson vilayətinə “humanitar səfər” zamanı ukraynalı “qızını tapdığını” söyləyib.

...O, indi ailəmizin bir hissəsidir, hələ də qəyyumluqdadır, lakin biz bunun üzərində işləyirik,-deyən Doroxina, qızın dörd yaşında olduğunu da əlavə edib.

Nəşrin yazdıöına görə, Putin uşağın ailəsinin olub-olmaması ilə bağlı heç bir sual belə vermədən gülümsəyib.

...Qeyd edilməlidir ki, rus qadın Doroxinanın hekayəsi xeyirxah əməl nağılı kimi səslənsə də, əslində bu, hərbi cinayətin – ukraynalı uşaqların qanunsuz deportasiyasının etirafıdır.

...Ukrayna hakimiyyətinin məlumatına görə, 20 minə yaxın uşaq Ukraynadan zorla Rusiyaya aparılıb. Onların bəziləri bombardmanlar nəticəsində valideynlərini itirmiş, digərləri isə Rusiyanın “istirahət düşərgələrinə” göndərilmiş və evlərinə qayıtmamışlar.

...Və bu cinayətlərə görə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Putin və Rusiya hökumətinin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə order verib. O, ukraynalı uşaqların deportasiyası prosesinə şəxsən nəzarət edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə