Zaxarova Moldovanı "sağlam düşüncə nümayiş etdirməyə" çağırıb

...Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldova hakimiyyətini Kişinyovdakı Rus Evi ilə bağlı vəziyyətdə “sağlam düşüncə nümayiş etdirməyə” çağırıb.

SİA-nın məlumatına görə, bu barədə TASS yazıb.

O, Rusiya Evinin Moldovanın “dövlətçiliyinə xələl gətirməsi” ilə bağlı bəyanatlara belə cavab verib.

Zaxarovanın sözlərinə görə, bu cür bəyanatlar dezinformasiya və absurddur.

Diplomat Moldova hakimiyyətini “sağlam düşüncə nümayiş etdirməyə” və Rusiya Evini bağlamaq planlarından əl çəkməyə çağırıb.

Zaxarova hesab edir ki, belə bir təşəbbüs ölkə vətəndaşlarının “əhəmiyyətli hissəsinin” maraqlarına ziddir.

...Bu günə qədər Moldova tərəfdən mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında 1998-ci ildə imzalanmış hökumətlərarası sazişə xitam verilməsi qərarı ilə bağlı heç bir rəsmi bildiriş olmayıb. Təbii ki, biz başa düşməliyik ki, Kişinyovdakı Rus Evi ilə bağlı Moldova dövlətçiliyinə xələl gətirdiyi iddia edilən bütün bəyanatlar tamamilə cəfəngiyatdır, dezinformasiyadır, saxtadır

Bunu deyən Zaxarova əlavə edib ki, Kişinyovdakı Rus Evi yalnız humanitar və maarifləndirici fəaliyyətlə məşğuldur. ...Daha əvvəl Zaxarova bildirmişdi ki, Kişinyovdakı Rus Evi fəaliyyətini davam etdirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə