İstanbulda Rusiya-ABŞ danışıqları yekunlaşıb

...İstanbulda Rusiya və Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

...Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, danışıqlarda iki ölkənin səfirliklərinin işi müzakirə olunacaq. CNN-in məlumatına görə, gündəmdə heç bir siyasi və təhlükəsizlik məsələsi yoxdur və Ukrayna müzakirə mövzusu deyil.

Müzakirələr təxminən Moskva vaxtı ilə saat 10:00-da başlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə