Vandenberq Kosmik Qüvvələri Bazasının verdiyi məlumata görə, ABŞ silahsız Minuteman III qitələrarası ballistik raketini (ICBM) sınaqdan keçirib.
SİA-nın məlumatına görə, “The Moscow Times” yazır ki, sınaq Amerika və Rusiya nümayəndə heyətləri arasında Ər-Riyadda danışıqlar başa çatdıqdan az sonra baş tutub.
ABŞ Hərbi Hava Qüvvələri katibi vəzifəsini icra edən Qari Eşvort vurğulayıb ki, buraxılış ABŞ nüvə qüvvələrinin hazırlığı, dəqiqliyi və peşəkarlığının nümayişinin bir hissəsidir.
Sınaq həm də ölkənin nüvə qarşısının alınması sisteminin öldürücülüyünü və effektivliyini təsdiqləyir.
Bunu deyən Vandenberq əlavə edib ki, buraxılış zamanı hərbçilər raket sisteminin hazırkı vəziyyətini qiymətləndirmək və təkmilləşdirmə imkanlarını müəyyən etmək üçün onun performansı, dəqiqliyi, etibarlılığı və digər xüsusiyyətləri barədə məlumat toplayıblar.
Sınaqdan bir gün əvvəl, fevralın 18-də ABŞ və Rusiya nümayəndə heyətləri arasında Ukraynada müharibə başlayandan bəri ilk birbaşa danışıqlar Səudiyyə Ərəbistanının paytaxtında baş tutub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə