Pentaqon rəhbəri ABŞ-ın Ukraynadakı məqsədlərindən danışıb

…ABŞ prezidenti Donald Trampın Ukraynadakı administrasiyasının məqsədi diplomatik vasitələrlə hərbi münaqişəyə son qoymaqdır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Pentaqonun rəhbəri Pit Heqset bildirib.

Onun sözlərini Reuters agentliyi yayıb.

Müdafiə departamenti rəhbərinin sözlərinə görə, ABŞ suveren Ukraynanın qorunub saxlanmasını zəruri hesab edir. Eyni zamanda, Heqseth etiraf edib ki, “Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qaytarılması qeyri-real məqsəddir”. Bundan əvvəl Pentaqon rəhbəri həmçinin vurğulayıb ki, Vaşinqton Kiyevin Şimali Atlantika Alyansına üzvlüyünü münaqişənin həlli üçün mümkün sülh sazişinin tərkib hissəsi hesab etmir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə