İraqın şimalında beş PKK terrorçusu daha zərərsizləşdirilib

İraqın şimalındakı Qara bölgəsində separatçı terror təşkilatı PKK-nın 5 üzvü həyata keçirilən hava əməliyyatı nəticəsində zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində edilən paylaşımda bu ifadələrə yer verilib:"Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı terror yuvalarını məhv etməyə davam edir. İraqın şimalındakı Qara bölgəsində aşkar edilən 5 PKK terrorçusu həyata keçirilən hava əməliyyatı ilə zərərsizləşdirilib. Terror hədəflərini qətiyyətlə vurmağa davam edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə