Belarusda müəllimlər psixoloji müsahibədən keçəcəklər.
SİA-nın məlumatına görə, bu barədə BELTA təhsil naziri Andrey İvanets-ə istinadən xəbər verir.
Bu yenilik “Uşaq hüquqlarının təmin edilməsi məsələləri ilə bağlı qanunlarda dəyişiklik edilməsi haqqında” qanun layihəsində təklif edilir.
Belarus deputatlar bunu artıq birinci oxunuşda qəbul ediblər. Deyilənlərə görə, bu müsahibənin necə aparılacağını Nazirlər Şurası müəyyən edəcək.
Amma artıq idarələrarası işçi qrupu var və ehtimal olunur ki, müsahibələr həkimlər və pedaqoji psixoloqlar tərəfindən aparılacaq.
Yeri gəlmişkən, bu cür psixoloji müsahibələr ilk növbədə, iş üçün müraciət edən gənc müəllimlər arasında aparılacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə