…Prezident Vladimir Putin Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteynlə görüşüb.
SİA-nın məlumatına görə, müzakirə mövzusu regiondakı vəziyyət olub.
Kursk vilayətində vəziyyət çox ağırdır.
Bu barədə fevralın 5-də Rusiya prezidenti Vladimir Putin qubernator vəzifəsini icra edən Aleksandr Xinşteynlə görüşündə bildirib.
Orada vəziyyət çox ağırdır, dövlət başçısı qeyd edib.
Putin, Xinşteyni əhali ilə fəal ünsiyyətə və onların qayğılarına diqqət yetirməyə çağırıb.
Prezident vurğulayıb ki, həqiqətən də çoxlu problemlər var. Bundan əlavə, görüş zamanı Putin hökumətə yerli hakimiyyət orqanları ilə birlikdə Kursk sərhədyanı regionunun bərpası üçün proqram hazırlamağı tapşırmaq niyyətində olduğunu açıqlayıb.
O, həmçinin əmlak itkisindən zərər çəkənlərə kompensasiya üçün ayrılan 150 min rubl məbləğin yetərli olmadığını vurğulayıb və bu istiqamətdə əlavə tədbirlər görəcəyinə söz verib.
Xatırladaq ki, 2024-cü il avqustun 6-da Ukrayna silahlı qüvvələri Kursk vilayətinin sərhəd bölgələrinə hücum edib. Bölgədə federal fövqəladə vəziyyət elan edilib, ukraynalı yaraqlıların zərərsizləşdirilməsi istiqamətində işlər aparılır. Yanvarın sonunda Kursk vilayətində Ukraynanın qərb vilayətlərindən olan sərhədçilərin peyda olması barədə məlumat yayılıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə