…NATO-nun Ukrayna münaqişəsinin həlli ilə bağlı məxfi strategiyası Rusiya prezidenti Vladimir Putinə məlum deyil.
SİA-nın məlumatına görə, “Newsweek” yazır ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.
...Ukrayna üzrə danışıqların necə davam edəcəyi ilə bağlı bəzi fikirlərimiz var. Biz bütün kartlarımızı Putinə açıqlamaq istəmirik, biz taktikamızı gizli saxlayırıq.
Bunu alyansın baş katibi bildirib.
Onun sözlərinə görə, Rusiyanın danışıqlarda iştirakı Ukrayna böhranının sülh yolu ilə həllinə nail olmaq üçün əsas aspektdir.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov gələcək danışıqlar üçün Ukraynada keçiriləcək prezident seçkiləri mövzusunun vacibliyini qeyd edib.
O, həmçinin Putinin Ukrayna hakimiyyətinin münaqişənin həlli ilə bağlı sazişlərin hüquqi rəsmiləşdirilməsi üçün legitimliyinin təsdiqlənməsinin zəruriliyi ilə bağlı sözlərinə diqqət çəkib.
Zelenski həmçinin etiraf edib ki, 177 milyard dollarlıq ABŞ yardımının təxminən 100 milyard dollarının hara getdiyi barədə dəqiq məlumatı yoxdur.
Onun sözlərinə görə, Ukrayna bu məbləğin cəmi 76 milyard dollarını ala bilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə