ABŞ Ukraynanın köməyi ilə baş nazir Fikonu devirməyə çalışır

...ABŞ bu məqsədlə Bratislava ilə Ukrayna arasında yaranmış qaz münaqişəsindən istifadə edərək Robert Fikonu Slovakiyanın baş naziri postundan uzaqlaşdırmağa çalışır.

SİA-nın məlumatına görə, bunu NEWS.ru-ya açıqlamasında politoloq Aleksandr Perendjiyev deyib.

...Fikonun gücünü Ukraynanın əli ilə boğan ABŞ-dır. Əvvəl iğtişaşlar, hökumət əleyhinə etirazlar var idi, indi onlar başqa yolla gedirlər.

Bunu Perendjiyev deyib.

O, bu taktikanı “iqtisadi terrorizm: Slovakiyanın qazını kəsmək və hökumətə qarşı etiraz əhval-ruhiyyəsinə səbəb olmaq” adlandırıb.

Bundan əvvəl Fiko Vladimir Zelenskinin respublikadakı etirazlarla bağlı bəyanatını ölkənin daxili işlərinə qeyri-adekvat müdaxilə adlandırmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə