Qarşıdakı dövrdə atacağımız konkret addımlar üçün yol xəritəsi müəyyənləşdirəcəyik
Qarşıdakı dövrdə Azərbaycan və Özbəkistanla birgə atılacaq konkret addımlar üçün yol xəritəsi müəyyənləşdiriləcək. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə deyib.
O qeyd edib ki, bugünkü iclasda üçtərəfli formatda siyasi-iqtisadi əməkdaşlığa dair imkanlar müzakirə olunacaq: “İlk gündəm maddəsi olaraq xarici siyasət və regional əməkdaşlıq mövzusunda bizə birbaşa təsir edən məsələləri müzakirə edəcəyik. İkinci əsas müzakirə mövzusu ticarət, iqtisadiyyat, əməkdaşlığın genişləndirilməsi məsələsini təşkil edir. Türkiyənin ticarət həcmi ilbəil artmaqdadır. Bu çərçivədə Türk dünyası ilə də ticarət əlaqələrimiz genişlənir. Türk dövlətləri ilə ticarət tərəfdaşlığımızın genişləndirilməsinə, qarşılıqlı investisiyaların artırılmasına xüsusi önəm veririk".
Bütün xəbərlər Facebook səhifəmizdə