Almaniyanın müdafiə xərclərini artırmaq ideyası...

... yetişməmiş hesab olunur

Almaniyanın İqtisadiyyat və İqlim naziri Robert Habekin fikrincə ölkənin müdafiə xərclərini 3,5 faizə çatdırmaq təklifi yetişməmiş görünür.

SİA-nın məlumatına görə, bunu Almaniya kansleri Olaf Şolz “Stern” jurnalına müsahibəsində bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, müdafiə büdcəsinin az qala iki dəfə artırılmasından (80 milyard avrodan 140 milyarda qədər) söhbət gedəndə bu pulu hardan əldə etmək və necə xərcləmək barədə suallar yaranır.

...Hesabları kim ödəyəcək? Vətəndaşlar?

Şolz bunu ritorik şəkildə soruşub.

Bundan əvvəl Habek Almaniya iqtisadiyyatında real artımın olmamasından şikayətlənmişdi. Sonuncu, onun fikrincə, dərin, struktur böhranı yaşayır, bunun səbəbləri uzun illər heç kimin həll etmədiyi problemlərdədir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə