...Ukrayna prezidenti Vladimir Zelenski Kiyev şəhər hərbi administrasiyasına yeni rəhbər təyin edib.
SİA-nın məlumatına görə, bu barədə “Strana.ua” nəşri yazır. Nəşr yazır ki, “Sergey Popko vəzifəsindən azad edilib, onun yerinə Timur Tkaçenko təyin edilib, o, bu gün sentyabr ayından işlədiyi Ukraynanın İcma və Ərazilərin İnkişafı nazirinin müavini vəzifəsindən azad edilib”.
Qeyd olunur ki, Tkaçenko həm də “Ukrpoşta”nın müşahidə şurasının hazırkı üzvü və Kiyevin ərazi nəzarəti departamentinin keçmiş direktorudur.
Bundan əvvəl Zelenski Rusiyada axtarışa verilmiş ofis rəhbərinin müavini Roman Maşovets (Rusiya Federasiyasında terrorçu və ekstremistlər siyahısındadır) vəzifəsindən azad edib.
Maşovets 2020-ci ilin aprelindən prezident aparatı rəhbərinin müavini vəzifəsində çalışırdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə