Uşaqlar “Əbədi məşəl”i yenə də söndürüblər...

Leninqrad vilayətinin Kinqisepp şəhərində yeniyetmələr “Əbədi məşəl”ə qar ataraq onu söndürüblər.

SİA-nın məlumatına görə, müvafiq video 112 Telegram kanalında yayımlanıb.

Videoda uşaqların Beş Yüzlük Parkındakı memorialın qaz ocağına qar atması və onun sönməsinə səbəb olduğu əks olunub.

Bundan sonra onlar qaçsalar da, tez bir zamanda yol polisi əməkdaşları tərəfindən saxlanılıblar.

Yeniyetmə cinayət törədənlər 2013 və 2014-cü il təvəllüdlü məktəblilər olub və onlardan biri pravoslav məktəbində təhsil alıb.

Artıq polis əməkdaşları yeniyetmələr və onların valideynləri ilə danışıblar.

Material yoxlanılması üçün yetkinlik yaşına çatmayanlarla iş şöbəsinə təhvil verilib.

Bundan başqa, hadisə ilə bağlı şəhər prokurorluğuna da məlumat verilib.

Bundan əvvəl Kazanda 16 yaşlı yeniyetmə Əbədi məşəlin içinə bir parça qar ataraq onu söndürmüşdü. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi başlanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə