...Türkiyə prezidenti İsrailin baş nazirindən Suriyadakı hərəkətləri əlaqələndirməyi xahiş edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gizli rabitə kanallarından istifadə edərək İsrailin hərbi-siyasi rəhbərliyi ilə əlaqə saxlayıb və baş nazir Binyamin Netanyahudan Suriyadakı orduların hərəkətlərini koordinasiya etməyə başlamasını istəyib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə İsrailin Keşet telekanalı məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, Qüds rəsmiləri Türkiyə liderinin təklifinə məhəl qoymayıblar, lakin baş nazirlik ofisinə yaxın mənbələr İsrailin Suriyada öz maraqlarına malik olduğundan yəhudi dövlətinin rəhbərliyinin NATO ölkəsi ilə əməkdaşlığa razılaşacağını istisna etmir.
Eyni zamanda, İsrail rəhbərliyi hesab edir ki, Suriyanın daxili siyasi vəziyyətinin inkişafı üçün ən yaxşı ssenari ərəb ölkəsi ilə ABŞ arasında yaxınlaşmadır.
Qeyd edək ki, bundan əvvəl “The Wall Street Journal” nəşri Türkiyənin Yaxın Şərqdəki mövqeyini gücləndirmək üçün Ərdoğanın Suriyaya genişmiqyaslı işğala başlaya biləcəyini iddia edirdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə