...Və indi də bəzi ekspertlər deyirlər ki, Azərbaycan aviaşirkətinə məxsus “Embraer”in qəzaya uğramasını təsadüf kimi izah etmək çətindir.
Belə olan halda ritorik sual yaranır: bu hərəkətdə (əslində “hərəkət” bir az həlim səslənir...alçaqlıq olmalıdır-A.B.) kim maraqlı ola bilər?
İddialara görə, bu hadisənin Ramzan Kadırov fiquru ətrafında artan qeyri-sabitliklə əlaqələndirilməsi kifayət qədər məqbuldur.
Qeyd edilməlidir ki, Ramzan uzun müddətdir ki, rusların təhlükəsizlik qüvvələri və eləcə də Kreml düşmənləri tərəfindən təzyiq altındadır..?
Deyirlər ki,..xeyli saylı fərqli əlamətlərinə görə, hazırda Kadırov üçün Çeçenistanın ağası kimi bir əvəz hazırlanır.
Onu da deyirlər ki, hazırda onun səhhəti suallar doğurur və onun tez-tez baş verən nümayişkaranə davranışı Putin hökuməti səlahiyyətlilərini, elə yəqin ki, Putinin özünü də qıcıqlandırır.
Bir də deyirlər ki, hazırda Kremlə Ramzandan fərqli olaraq, həddindən artıq ambisiyaları olmayan və daha sadiq qul lazımdır!
...Hə, yadımdaykən onu da deyim, Ramzan “Embraer”-də deyil, deyəsən, “Falcon”un (Yaponiya Sahil Mühafizəsi üçün dəniz patrul təyyarəsi versiyası –A.B.) biznes-jetində uçur.
...Priqojin kimi..?
Bunu artıq mən demirəm a...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə