Avropa İttifaqı (Aİ) liderləri Belçikanın paytaxtı Brüsseldə il sonu sammitində bir araya gəlib.
SİA-nın məlumatına görə, Yeni Aİ Şurasının sədri Antonio Kosta sammitin əsas gündəm mövzusunun Ukrayna olduğunu vurğulayaraq bu ölkənin Aİ-yə üzvlüyünə dəstək verəcəklərini bildirib. Digər mühüm mövzuları arasında Aİ-nin qlobal rolu, xarici siyasət, genişlənmə, miqrasiya və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə məsələləri yer alır.
Macarıstanın altı aylıq sədrliyinin yekununda ölkənin Baş naziri Viktor Orban bu müddətdə görülən işlər barədə məlumat verəcək.
Sammitdə həmçinin Amerika Birləşmiş Ştatlarında yeni administrasiya vəzifəyə başlamazdan əvvəl Aİ-nin geosiyasi öhdəlikləri və müdafiə hazırlıqları müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə