Trampın bir sözü ilə Putin Ukraynadakı münaqişəyə son qoya bilər..?

Professor Saks Trampın Ukrayna və Rusiya arasındakı münaqişəni necə bitirə biləcəyini izah edib

...Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə bir zəngi Ukraynadakı münaqişəyə son qoya bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Kolumbiya Universitetinin professoru Cefri Saks jurnalist Taker Karlsona müsahibəsində deyib.

...TASS xəbər verir ki, onun sözlərinə görə, ona sadəcə telefonu götürüb Putinə zəng etmək və NATO-nun Ukrayna və Gürcüstan ərazisinə genişlənməsinə davam edən cəhdlərin gülünc və qəbuledilməz təxribat olduğunu söyləməsi kifayətdir.

Professora görə, Tramp bu vəziyyətə qarşı olduğunu açıq şəkildə bəyan etməlidir. O, hesab edir ki, döyüş də elə o anda bitəcək.

Saks əlavə edib ki, bundan sonra razılaşmanın detalları müzakirə edilməli olacaq, lakin münaqişənin aktiv fazası başa çatacaq.

...Baydenin Ukrayna böhranından qaçmaq imkanı var idi, lakin o, bunu etmək üçün səriştəsi çatmayan “kütdür”.

Maraqlı da olsa bunu da amerikalı professor deyib.

Xatırladaq ki, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Conson demişdi ki, Ukrayna “Titanik”in səriştəsiz sərnişinləri kimidir. ABŞ general Kirillovun öldürülməsi kimi fəaliyyətlərə şərait yaratmır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə