Rusiyada hər il 30 min əmək qabiliyyətli insan HİV-dən ölür

...Rusiyada hər il 30 minə yaxın əmək qabiliyyətli gənc HİV-dən ölür.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun Qazanılmış İmmunçatışmazlığı Sindromunun Qarşısının Alınması və Mübarizə üzrə Federal Elmi-Metodiki Mərkəzinin rəhbəri Vadim Pokrovski bildirib.

O qeyd edib ki, dövlət yoluxmuşların müalicəsi üçün təxminən 70 milyard rubl xərcləyir və HİV-ə yoluxanların sayı artdıqca xərclər də artacaq.

Pokrovski vurğulayıb ki, problem təkcə əmək qabiliyyətli əhalinin itkisi deyil, həm də iqtisadi nəticələrdir. Əgər hər il daha 20-30 il işləyə bilən 30 min insan ölürsə, bu, iqtisadiyyat üçün əlavə itkilərə səbəb olur.

Həkim HİV-in düzgün və ya vaxtında müalicə olunmaması probleminə də diqqət çəkib. Yalnız yeni yoluxma hallarının qarşısını almaq deyil, həm də bütün yoluxmuş şəxslərə vaxtında tibbi yardım göstərmək vacibdir. Pokrovski daha əvvəl bildirmişdi ki, Şimali Avropa əhalisinin təxminən 1faiz də, o cümlədən Rusiyada HİV-in hüceyrələrə yapışması üçün reseptor yoxdur.

Bu o deməkdir ki, bu kateqoriyadan olan insanlar cinsi əlaqə yolu ilə HİV-ə yoluxa bilməzlər, lakin qan yolu ilə yoluxa bilərlər.

Pokrovskinin sözlərinə görə, təxminən 1,2 milyon rusiyalı HİV infeksiyası ilə yaşayır və hər il təxminən 60 min yeni yoluxma halı aşkar edilir. 1987-ci ildən bəri təxminən 500 min insan HİV-dən ölüb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə