Suriyanın şimalında üsyançılarla rejim qüvvələri arasında toqquşmalar baş verərkən, bu arada ölkənin cənubunda - Sveyda əyalətində Bəşər Əsədə qarşı etiraz aksiyası keçirilir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, etirazçılar əsasən druzlardır.
Onlar əmindirlər ki, rejimin sonu həmişəkindən daha yaxındır.
Qeyd edək ki, Druzlar əvvəllər ismaililərin şiə məzhəbinin qollarından biri olan, lakin 11-ci əsrdə ondan ayrılan və orta əsrlərdə ismaililərlə təriqət əlaqələrini dayandıran, sonradan əhəmiyyətli bir dinə məruz qalan druzizmi qəbul edən ərəblərdir.
Druz əqidəsi Misir və Cənubi Livan ismaililəri arasında XI əsrin əvvəllərində missioner Məhəmməd ibn İsmayıl Nəştəkin əd-Dərəzinin təbliğatının təsiri ilə yaranıb və onun adını daşıyır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə