Dövlətlər arasında çirkliliyinin azaldılması ilə bağlı ciddi fikir ayrılıqları davam edir. Xüsusilə neft tədarük edən ölkələr istehsalın məhdudlaşdırılmasına qarşı çıxır.
SİA-nın məlumatına görə, Norveçin Beynəlxalq inkişaf naziri Anne Beate Tvinreym bu gün Cənubi Koreyanın Busan şəhərində başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) plastik çirkliliyini azaltma üzrə danışıqları öncəsində açıqlama verib. O, dünyanın 10 il ərzində bu böhranı idarə etmək imkanlarının kifayət etməyəcəyini və plastik istehsalının məhdudlaşdırılmasının vacib olduğunu bildirib.
Tvinreym problemin yalnız təkrar emal və tullantıların idarə olunması ilə həll edilməyəcəyini, plastik istehsalının azaldılmasının zəruri olduğunu vurğulayıb.
Eyni zamanda mikroplastiklərin insan sağlamlığına mənfi təsirlərinə diqqət çəkərək dövlətləri cəsarətli addımlar atmağa çağırıb.
Qlobal miqyasda bəzi birdəfəlik plastiklərin qadağan edilməsi və zərərli kimyəvi maddələrin aradan qaldırılması məsələsində razılıq əldə edilə biləcəyi, lakin ABŞ və Çinin danışıqlardakı rolunun kritik olduğu qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə