Britaniya hökuməti Baş nazir Keir Starmerin Avropa İttifaqı ilə münasibətləri “yenidən qurmaq” səylərinə rəhbərlik etmək üçün danışıqlar aparan şəxs axtarır.
SİA "Politico"ya istinadən xəbər verir ki, London internetdə Starmerin ticarət, miqrasiya, iqtisadiyyat və Avropa İttifaqı ilə bağlı beynəlxalq məsələlər üzrə məsləhətçisi kimi işləyəcək yüksək rütbəli məmur vəzifəsi üçün vakansiya dərc edib.
Bu vəzifə Avropa İttifaqı ilə danışıqlarda baş nazirin nümayəndəsi kimi çıxış etməyi və təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi ilə bağlı Brüssellə dialoqa rəhbərlik etməyi əhatə edəcək.
Rəsmi həmçinin Brexit üzrə mövcud razılaşmalar və Avropa İttifaqına giriş qaydalarında gözlənilən dəyişikliklərlə işləyəcək.
Onlar Avropa İttifaqına girişin rəqəmləşdirilməsinə və gələn ildən britaniyalılar üçün rüsumların tətbiqinə yönəlib.
...Starmerin keçən ay Brüsselə səfərindən və burada Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşməsindən sonra yeni müzakirəçinin təyin edilməsi qərarı açıqlanıb. Onlar Britaniya və Avropa İttifaqı arasında müxtəlif sahələrdə əlaqələri gücləndirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, iyul ayında keçirilən seçkilərdə qalib gəldikdən sonra Starmer Brexit-dən sonra Londonun Avropa İttifaqına üzv dövlətləri ilə əlaqələrini yaxşılaşdıracağına söz vermişdi. Bununla belə, Britaniyanın Avropa İttifaqına qayıtmasından söhbət getmir..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə