Kişinyov üçün Ukrayna münaqişəsi bitdikdən sonra Rusiya ilə münasibətləri bərpa etmək vacibdir.
SİA rus saytlarına istinadən xəbər verir ki, bunu Moldovanın baş naziri Dorin Reçan deyib.
...Bu gün bizim Rusiya Federasiyası ilə çox gərgin münasibətlərimiz var. Əhəmiyyətli olan bu münasibətləri necə bərpa etməkdir, - deyə hökumət başçısı nəşrdə sitat gətirir.
Noyabrın 12-də Moldova Xarici İşlər Nazirliyi Rusiyanın səfiri Oleq Ozerova seçkilərə müdaxilə etdiyi iddiası ilə etiraz notası təqdim edib. Diplomatik akta səbəb Moskvanın prezident seçkilərində və Avropa İttifaqına üzvlüklə bağlı referendumda respublikada seçki prosesinə xələl gətirdiyi iddia edilən hərəkətləri olub.
Bundan əvvəl Moldova bəyan etmişdi ki, Maya Sandu respublika prezidenti postunu tutduğu halda Kişinyovla Moskva arasında münasibətləri bərpa etmək mümkün deyil. Qaqauziyanın keçmiş rəhbəri İrina Vlahın sözlərinə görə, Sandu və onun administrasiyasının hərəkətləri Moldova xalqının maraqlarına uyğun gəlmir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə